"Səbail"dən ayrılan futbolçu "Kəpəz"də - RƏSMİ

12:13 - 22 Yanvar 2026

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Sportal.az xəbər verir ki, "sarı-göylər" Rəhman Hacıyevi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Hacıyev mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.

Xəbər xətti