“Neftçi”dən azarkeşlərinə müjdə!

21:40 - 22 Yanvar 2026

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində yanvarın 23-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçından 2 saat əvvəl – 17:00-dan etibarən “ağ-qaralar”ın azarkeşləri üçün xüsusi fanzona yaradılacaq.

Sportal.az xəbər verir ki, klubun rəsmi fan mağazasının qarşısında QOLAT-la birgə təşkil olunacaq fanzonada “Neftçi” azarkeşlərini müxtəlif əyləncələrlə yanaşı, hədiyyələr də gözləyir!

Xəbər xətti