"Atalanta"nın futbolçusu Daniel Maldini A Seriyasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Latsio" italiyalı hücumameyilli yarımmüdafiəçinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paytaxt klubu 24 yaşlı hücumameyilli oyunçunu 14 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, "Atalanta" Daniel Maldinini 2025-ci ilin fevralında "Montsa"dan 13 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
