"Bu mərhələnin əsas problemi həmin matçdakı məğlubiyyət oldu" - Mourinyo "Qarabağ"la görüşü xatırlatdı

10:18 - 28 Yanvar 2026

Bu gün Çempionlar Liqasının 8-ci turunda "Real”a(Madrid) qarşı keçiriləcək oyundan əvvəl “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandasının "Qarabağ"a (2:3) ilk məğlubiyyətini yenidən xatırlayıb.

Sportal.az “Maisfutebol”a istinadən xəbər ki, portuqaliyalı mütəxəssis həmin görüşdəki uğursuz nəticənin sonrakı oyunlara da təsir etdiyini deyib:

“Bu mərhələnin əsas problemi "Qarabağ"a ilk ev oyunundakı məğlubiyyət oldu. Qalib gəlməli olduğumuz oyunda uduzduq. Yoxsa, həmin görüşdə qələbə olsaydı, indi doqquz xalımız var idi və növbəti mərhələyə keçməyimizə cəmi bir xal qalacaqdı. Hər halda, bu oyundakı nəticə digər görüşlərə də təsir etdi. Uduzduğumuz elə oyunlar oldu ki, ədalətsiz nəticələr qeydə alındı. Məsələn, “Bayer”ə 0:1 hesablı məğlubiyyəti qeyd edərdim. Tamamilə ədalətsiz şəkildə uduzduq”.

Xəbər xətti