“Liverpul” hazırda baş məşqçi postundan Arne Slotun istefaya göndərilməsi variantını nəzərdən keçirmir.
Sportal.az xəbər verir ki, “qırmızılar”ın növbəti mövsüm Çempionlar Liqasında iştirakı hələ də sual altında qalsa və mətbuatda mümkün istefa ilə bağlı şayiələr yayılsa da, real vəziyyət fərqlidir. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
Mütəxəssis klub sahiblərinin tam dəstəyinə malikdir. Artan təzyiqə baxmayaraq, Slotun mövqeyi kritik hesab edilmir.
Mersisayd təmsilçisinin rəhbərliyi artıq baş məşqçilərini dəyişmiş “Mançester Yunayted” və “Çelsi”nin yolunu təkrarlamaq niyyətində deyil.
Mühüm amillərdən biri Slotun idman direktoru Riçard Hyuzla yaxşı işgüzar münasibətlərə malik olmasıdır. Məhz buna görə də hazırkı mərhələdə baş məşqçinin dəyişdirilməsi məsələsi gündəmdə deyil.
saytlarin hazirlanmasi
