Benzema üçün əsas prioritet Avropa olsa da... - klubu 25 milyon avro tələb edir

20:06 - 1 Fevral 2026

“Əl-Hilal” Karim Benzemanın mümkün transferi ilə bağlı “Əl-İttihad”a müraciət edib. Daha əvvəl məlum olmuşdu ki, 38 yaşlı hücumçu təklif olunan müqavilədən narazı qaldığı üçün hazırkı klubunu tərk edə bilər. O, oynamaqdan imtina edir və MLS-ə keçidi və ya Avropaya qayıdışı planlaşdırır.

Sportal.az xəbər verir ki, “Əl-İttihad” fransız futbolçu üçün ən azı 25 milyon avro tələb edir. Futbolçu isə ən azı 2027-ci ilin iyun ayına qədər müqavilə bağlamağı düşünür. Bununla belə, Avropaya, o cümlədən Fransaya qayıdış Benzemanın əsas prioriteti olaraq qalır.

Əl-Hilal mümkün həll yolunun tapılması üçün yaxın saatlarda “Əl-İttihad” ilə Benzemanın nümayəndələri arasında görüş planlaşdırılıb.

Qeyd edək ki, bu mövsüm fransız futbolçu Səudiyyə Ərəbistanı liqasında 14 oyun keçirib və 8 qol vurub.

Xəbər xətti