Bu gün Azərbaycan kubokunun 1/4 finalında növbəti iki görüş keçirilib.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Şamaxı"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Turan Tovuz" isə "Kəpəz"lə üz-üzə gəlib. Qərb derbisində tovuzlular qələbəyə sevinib.
5 fevral
14:30. "Şamaxı" - "Qarabağ" 2:1
Qollar: Kərim Rossi, 26, 41 - Abdullah Zubir, 79
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu
19:00. "Turan Tovuz" - "Kəpəz" 1:0
Qol: Hayderson Hurtado, 57
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"
