Qazaxıstanın keçmiş futbolçusu və hazırda Şımkent futbol akademiyasının rəhbəri olan Elmar Nəbiyev "Qarabağ"ın Çempionlar Liqasında xeyli yaxşı çıxış edib pley-offa vəsiqə qazanmasının, "Kayrat"ın isə buna nail ola bilməməsinin səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az sports.kz portalına danışan sabiq futbolçu Azərbaycan çempionu barədə bunları deyib:
"Başa düşməliyik ki, "Qarabağ" əvvəllər də Çempionlar Liqasının əsas mərhələsində iştirak edib. Amma onda nəticələri elə də yaxşı deyildi. Bu dəfə isə komanda yarışa zəngin təcrübə ilə yaxınlaşdı. İnamlı oynayan Azərbaycan çempionu əla qələbələr və nəticələr əldə etdi".
Xatırladaq ki, ümumi hesabda 22-ci yeri tutan "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı və burada İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq, "Kayrat" isə turnir cədvəlində sonuncu pilləni tutub.
Əlavə edək ki, Nəbiyev "Ordabası, "Kızıljar", "Maktaaral" kimi komandalarda oynayıb.

