"Qarabağ" UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun yay transferlərindən olan Kris Kuakunun adı siyahıdan çıxarılıb.
Onun əvəzinə isə Kadi Borgesin adı siyahıya geri qaytarılıb.
Bu arada, Azərbaycan çempionunun yeni transferi Jeremi Qnali pley-off mərhələsi üçün heyətə daxil edilməyib.
Xatırladaq ki, "Qarabağ" İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək.
Qarşılaşmalar fevralın 18-i və 24-də keçiriləcək.
saytlarin hazirlanmasi
