Tanınmış futbolçu, U-21 millisinin məşqçisi Qara Qarayevə ağır itki üz verib.
Sportal.az "qafqazinfo"ya istinadən xəbər verir ki, mütəxəssisin atası Elxan Qarayev vəfat edib. Məlumata görə, o, müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.
Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçisi uzun illər "Qarabağ" və "Neftçi" klublarının, eləcə də əsas millinin aparıcı üzvü olub.
saytlarin hazirlanmasi
