"Qarabağ"ın futbolçusunun vurduğu qol - Çempionlar Liqasında ən yaxşılar arasında

14:49 - 6 Fevral 2026

UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Futbol Konfrans Liqasının əsas mərhələlərindən ən yaxşı qollardan ibarət video tərtib edib. 

Sportal.az xəbər verir ki, bu siyahıda “Qarabağ”ın futbolçusu da özünə yer edib.

Belə ki, Ağdam klubunun cinah oyunçusu Emmanuel Addainin Çempionlar Liqasının 2-ci turunda "Kopenhagen"ə (2:0) qarşı vurduğu qol Çempionlar Liqasının ən yaxşıları arasındadır.

Qeyd edək ki, "Qarabağ"ın heyətində Addaidən öncə Abdullah Zubir fərqlənmişdi.

Xəbər xətti