Super Liqa klubu yeni baş məşqçisini açıqladı

17:06 - 6 Fevral 2026

Tüürkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini İlhan Palut çalışdıracaq. Bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.

49 yaşlı mütəxəssislə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, İlhan Palutun son iş yeri "Rizespor" olub. "Konyaspor" isə ötən gün Çağdaş Atanla yollarını ayırıb.

Xəbər xətti