"Beşiktaş"dan 18 milyon avroluq transfer

21:50 - 6 Fevral 2026

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Vulverhempton"dan Emmanuel Aqbadunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məllumat yayıb.

"Qara qartallar" Fil Dişi Sahili millisinin üzvü üçün İngiltərə klubuna 18 milyon avro təzminat ödəyib. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Vulverhempton" Emmanuel Aqbadunu 2025-ci ilin yanvarında "Reyms"dən 20 milyon avroya transfer etmişdi. Təcrübəli futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti