"Zidanın təyinatı mənə çox xoş gələrdi" - sabiq "Mançester Yunayted"li futbolçu

23:02 - 6 Fevral 2026

“Mançester Yunayted”in sabiq müdafiəçisi Ues Braun Zinəddin Zidanı "qırmızı şeytanlar” üçün uyğun baş məşqçi hesab edir.

Sportal.az xəbər verir ki, Braun öz açıqlamasında maraqlkı fikirlər səsləndirib:

“Mançester Yunayted"də o qədər səs-küylü məşqçi adları olub ki, uyğun mütəxəssis tapmaq çətindir. Mən bu siyahıya Zinəddin Zidanı da daxil edərdim.

Onun təyinatı mənə çox xoş gələrdi. Komandaya rəhbərlik etmək üçün lazım olan aura və xarakterə sahibdir, xüsusən də artıq bir neçə tanınmış məşqçinin dəyişdiyi bir komandada."

Xəbər xətti