Futbol üzrə Bolqarıstan çempionatında 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya ÇSKA-sının qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal da bu matçın iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
20 turdan sonra 24 xal toplayan "Arda" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
