UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Arsenal" yayda Tonalini heyətinə qatmağa çalışacaq. London klubu 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 100 milyon funt-sterlinqlik təklif göndərəcək.
"Nyukasl" Sandro Tonalini 2023-cü ilin yayında "Milan"dan 60 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol ötürməsi edib.
Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"la ilk oyunu fevralın 18-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab görüşü isə ayın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park"da baş tutacaq.
saytlarin hazirlanmasi
