Azərbaycanın U-15, U-16 və U-19 yığma komandalarını çalışdırmış Miloş Velebit özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, serb mütəxəssis Yunanıstan çempionatında işləyəcək.
O, Superliqada mübarizə aparan “Asteras”da köməkçi məşqçi vəzifəsinə təyin edilib.
Velebit baş məşqçi Milan Rastavaça kömək edəcək.

