"Çelsi"nin futbolçusu Premyer Liqada rekorda imza atdı

16:22 - 8 Fevral 2026

"Çelsi"nin yarımmüdafiəçisi Kol Palmer İngiltərə Premyer Liqasının 25-ci turunun "Vulverhempton”a qarşı (3:1) ilk hissəsində üç qol vurub. 

Sportal.az "Opta Sports"a istinadən xəbər verir ki, bununla da ingilis Premyer Liqa rekordunu qırıb.

Belə ki, o, turnirin tarixində ilk hissədə üç dəfə het-trik etmiş ilk oyunçu ünvanına sahib çıxıb.

İlk dəfə Palmerin 2024-cü il aprelin 15-də "Everton"a qarşı (6:0) görüşdə reallaşdırıb.

Onun ikinci het-triki isə həmin il sentyabrın 28-də “Brayton”la (4:2) görüşünə təsadüf edib.

Palmer bu mövsüm klubun heyətində bütün yarışlarda 17 oyunda meydana çıxıb, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

Xəbər xətti