Millimizin üzvü Bundesliqada növbəti matçını keçirdi, komandası uduzdu

10:34 - 9 Fevral 2026

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" Bundesliqada növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, bu komanda "Leypstiq"lə qarşılaşıb.

"Hamburq" bu matçda rəqibinə 1:3 uduzub.

Nigar meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib.

Millimizin üzvünün komandası 17 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti