Qadın futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyevanın formasını geyindiyi "Hamburq" Bundesliqada növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, bu komanda "Leypstiq"lə qarşılaşıb.
"Hamburq" bu matçda rəqibinə 1:3 uduzub.
Nigar meydana start heyətində çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
Millimizin üzvünün komandası 17 turdan sonra 10 xalla 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
