"Sabah"ın forvardı: "Komandada əhval-ruhiyyə bomba kimidir"

11:47 - 9 Fevral 2026

"Sabah"ın forvardı, Misli Premyer Liqasının 19-cu turunun "Araz-Naxçıvan"la görüşündə dubl edən Xəyal Əliyev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, Əliyev komandasının qalibiyyətlərə davam edəcəyinə inandığını söyləyib: 

"Hər oyunda qol vurduğum üçün çox sevinirəm. İnşallah davamlı olar. Qarşıdakı oyunda da qol vurub komadamı sevindirərəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Allah qoysa, bütün oyunlarda qalib gələcəyik. Komandada əhval-ruhiyyə bomba kimidir".

Qeyd edək ki, "Sabah" 19 tura 46 xal toplayıb və turnir cədvəlinə rəhbərlik edir. 

Xəbər xətti