"Qırğızıstanda yeni çempionat mövsümünə hazırlaşırıq. Yanvarın 11-dən Türkiyədəyik və 4 gündən sonra toplanışımız başa çatacaq. Ölkə çempionatına fevralın 21-də start veriləcək. Hazırlaşırıq. Toplanış zamanı özümü yaxşı hiss edirəm, 4 yoxlama görüşündə 2 qol vurub, 1 məhsuldar ötürmə etmişəm. Yeni mövsümə maksimum dərəcədə yaxşı hazırlaşıram və təbii ki, komandama ən yaxşı şəkildə kömək olmağı planlaşdırıram. Komandada karyeram yaxşı alınmışdı. Təbii ki, yeni mövsümdən üzərimə düşəni edəcəm ki, daha yaxşı olsun".
Bu sözləri Sportal.az saytına açıqlamasında Qırğızıstanın “Ozgon” klubunun forvardı Orxan Əliyev deyib. Asiya təmsilçisinin əsas hücumçusu olan Əliyev Türkiyədəki toplanış zamanı azərbaycanlı futbolçularla görüşüb-görüşmədiyini də deyib:
"Bəli, Azərbaycan klubları da burada toplanış keçirdi. Təəssüf ki, heç kimlə görüşə bilmədim. “Yenisey” də bura gəlir, yəqin ki, Azər Əliyevlə görüşəcəm. Onunla münasibətimiz var. Bir məsələni də deyim, bəlkə sizin üçün də maraqlı olar. Biz hətta “Qarabağ”la oynaya bilərdik, sadəcə sonda bu görüş baş tutmadı və həmin vaxtı onlar “Neftçi”(Fərqanə) ilə qarşılaşdı. Əlbəttə ki, maraqlı və eyni zamanda da ağır görüş olardı. Yoxlama matçı olsa da, belə alınardı".
Mirbağırağa
