Belaruslu futbol agenti Sergey Novikov millinin hücumçusu Vitali Lisakoviçin karyerasının Azərbaycanda davam etdirilməsi ehtimalı ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, “Bel.Football”a danışan futbol agenti Lisakoviçin Premyer Liqamızda oynamasının mümkünlüyündən bəhs edib:
"Lisakoviçin ailəsi, uşaqları var. O, gələcək haqqında düşünməlidir. Lisakoviç bu gün ailəsinin və yaxınlarının yaxın gələcəkdə ehtiyac duyduqları hər şeyə necə sahib olacağını düşünməlidir. Onun harada qazanacağının fərqi yoxdur - Azərbaycan klubunda, yoxsa “ML Vitebsk”də. Təkliflər eynidirsə, əlbəttə ki, Azərbaycana getmək daha yaxşıdır. Azərbaycan onun ailəsi və həyat səviyyəsi üçün daha rahat olacaq. Axı orada günəş, D vitamini, dəniz, təzə meyvə, hamısı orada var. Uşaqları və onun özü üçün üstünlükdür".
Xatırladaq ki, Lisakoviçə Premyer Liqamızda yarışan klubların maraq göstərməsi barədə xəbər vermişdik. O, son olaraq Sloveniyanın "Çelye" klubunda oynayıb.
saytlarin hazirlanmasi
