İki klub "Bavariya"nın futbolçusuna həftəlik 350 min avro ödəməyə hazırdı

12:18 - 9 Fevral 2026

“Mançester Siti” və “Çelsi” “Bavariya”nın futbolçusu Maykl Oliseni heyətinə qatmağı planlaşdırır.

Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, Premyer Liqanın hər iki klubu Olisenin transferi üçün yüksək məbləğ də ödəməyə hazırdır. Bu futbolçu “Bavariya” üçün nə qədər aparıcı oyunçu hesab edilsə də, 150 milyon avroluq təklif Münhen klubunu mövqeyini dəyişməyə məcbur edə bilər.

Olisenin həftəlik maaşı təxminən 220 min 000 avrodur. Lakin ingilis klubları fransız hücumçu ulduzu üçün bu maaşı təxminən 350 min avroya qədər artırmağa hazırdırlar.

Onun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun 30-na qədərdir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer dəyəri 130 milyon avrodur. 24 yaşlı futbolçu “Ridinq” və “Kristal Pelas”da oynadıqdan sonra 2024-cü ildə “Bavariya”ya keçib.

Xəbər xətti