"Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino əməliyyat olunub.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçunun ayaq sümüyü əməliyyatı uğurlu keçib. Bununla bağlı oyunçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
29 yaşlı futbolçunun mövsümün sonunadək yaşıl meydanlara qayıtmaq ehtimalı azdır. Onun ən yaxşı halda dünya çempionatına qədər hazır olacağı bildirilirr.
Qeyd edək ki, "Arsenal" Mikel Merinonu 2024-cü ilin yayında "Real Sosyedad"dan 32 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
