"Bu hissdən zövq almaq lazımdır, amma..." - Kerrik

23:37 - 9 Fevral 2026

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik futbol oyunlarında qələbələrin əvvəlcədən zəmanət verilə biləcəyini düşünmür.

Sportal.az xəbər verir ki, Mançester klubu daha əvvəl ardıcıl dördüncü qələbəsini qazanmışdı “Tottenhem” üzərində (2:0). Bundan sonra Kerrik demişdi: “Bu dörd oyunun hər biri bir qədər fərqli idi və biz başımızı itirmirik. Burada oturub ‘hər şey əladır, sirri tapdıq’ deyə düşünmürəm”.

44 yaşlı mütəxəssisdən bu sözlərini şərh etməsi xahiş olunub.

“Qələbə hissindən zövq almaq lazımdır, biz məhz bunun üçün buradayıq. Daim laqeyd qalmaq olmaz, emosiyaların dalğasını hiss etmək lazımdır. Bu olmasa, hər şey bir az darıxdırıcı və mənasız olardı, çünki hamımız oyunlarda qalib gəlməyə çalışırıq. Əsas çətinlik bizi bu nəticəyə gətirən ağır zəhməti və hazırlığı dərk etməkdədir.

Bu səviyyədə futbol oyununda qalib gəlmək çətindir, ona görə də növbəti oyunda hər şeyin qaydasında olacağını heç vaxt güman etmək olmaz." – deyə Kerrik bildirib.

Xəbər xətti