Nigeriya millisi baş məşqçisi Erik Şell Madriddəki “Real”la bağlı arzusundan danışıb.
Sportal.az xəbər verir ki, malili mütəxəssis gələcək planlarını və Avropa klub futbolunda uğur qazanmaq istədiyini açıqlayıb.
“Arzum "Real"ı idarə edən ilk afrikalı məşqçi olmaqdır”, – deyə Şell "RMC Sport"a müsahibəsində bildirib.
Qeyd edək ki, yanvarda 48 yaşlı məşqçi Nigeriyanı 2025-ci ilin Afrika Kubokunda üçüncü yerə çıxarıb. Keçmiş müdafiəçi oyunçu karyerasında İspaniyada “Valensiya”da çıxış edib.
saytlarin hazirlanmasi
