ESPN nəşri İngiltərə Premyer Liqa tarixinin ən uğursuz transferlərinin siyahısını tərtib edib.
Sportal.az xəbər verir ki, “Çelsi”nin ukraynalı vingeri Mixail Mudrik 2022/23 mövsümündə həyata keçirilən transferlər arasında reytinqdə birinci yeri tutub.
İlk 15-liyə daxil olanlar:
1. Mixail Mudrik – “Şaxtyor”dan “Çelsi”yə 70 milyon avroya.
2. Antoni – “Ayaks”dan “Mançester Yunayted”ə 95 milyon avroya.
3. Nikolya Pepe – “Lill”dən “Arsenal”a 80 milyon avroya.
4. Ali Dia – azad agent kimi “Sauthempton”a.
5. Deniel Drinkuoter – “Lester”dən “Çelsi”yə 37,9 milyon avroya.
6. Rikardo Alvares – “İnter”dən “Sanderlend”ə 10,5 milyon avroya.
7. Romelu Lukaku – “İnter”dən “Çelsi”yə 113 milyon avroya.
8. Ceydon Sanço – “Borussiya”dan “Mançester Yunayted”ə 85 milyon avroya.
9. Tomas Brolin – “Parma”dan “Lids Yunayted”ə 5,3 milyon avroya.
10. Kelvin Fillips – “Lids Yunayted”dən “Mançester Siti”yə 49 milyon avroya.
11. Aleksis Sançes – “Arsenal”dan “Mançester Yunayted”ə 34 milyon avroya.
12. Boşko Balaban – “Dinamo” (Zaqreb)dan “Aston Villa”ya 7,8 milyon avroya.
13. Uesli Fofana – “Lester”dən “Çelsi”yə 80,4 milyon avroya.
14. Stiv Marle – “Lion”dan “Fulhem”ə 17,6 milyon avroya.
15. Pablo Osvaldo – “Roma”dan “Sauthempton”a 15,1 milyon avroya.
saytlarin hazirlanmasi
