"Barselona" azərbaycanlı qolkiperə ehtiyac duymadı - onu icarəyə göndərdi

10:34 - 12 Fevral 2026

"Barselona" Azərbaycanın U-21 yığma komandasının sabiq qapıçısı Eldar Tağızadəni icarəyə göndərib.

Sportal.az xəbər verir ki, İspaniya nəhənginin ikinci komandasında çıxış etmiş 22 yaşlı qapıçı karyerasını Sloveniyanın "Bistritsa" klubunda davam etdirəcək.

Onun aşağı liqa klubu ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.

Tağızadə artıq yeni komandasına məşqlərinə qoşulub.

Xəbər xətti