"Albaniyada işlərim çox yaxşı gedir. Çıxdığım ilk liqa oyununda da fərqlənə bilmişdim. Komandamız həmin görüşdə 3:0 qalib gəlmişdi. Komandamız Premyer Liqa uğrunda mübarizə aparır. Rəhbərlik də bu barədə bizimlə danışıb. Qarşımıza qoyulan hədəf belədir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Bayraməli Qurbanov deyib. Karyerasını Albaniyanın "Basyelidja" klubunda davam etdirən azərbaycanlı futbolçu bu ölkədəki durumundan bəhs edib:
"Sağ olsunlar, klub vəd etdiyi şərtləri artıqlaması ilə yerinə yetirir. Burada mənə yaradılan şəraitdən məmnunam. Yüksək liqaya vəsiqə qazansaq, hər şey daha da gözəl olacaq. Hər halda, indiki durum məni qane edir və matçlarımıza, hədəflərimizə fokuslanmışam".
Qurbanov legioner həyatı yaşamağa üstünlük verməsini isə belə qərar verdiyini söyləyib: "Mən yüksək hədəfləri olan biriyəm. Azərbaycanda I Liqada oynamaqla bir yerə gələ bilməcəyimi başa düşürdüm. Premyer Liqa komandalarında isə möhkəmlənmək üçün gərək sənə güvənib, şans verələr. Azərbaycanı tərk etməyimin səbəbi də dediyim kimi, ölkə xaricində daha gözəl nailiyyətlər əldə edəcəyimə inandığım üçün idi. Bu işdə menecerim Emrah bəyin də böyük rolu oldu. Şadam ki, hazırda legioner həyatı yaşayıram. Azərbaycanı da ən yaxşı şəkildə təmsil etməyə çalışıram".
Mirbağırağa
