Qazaxıstanlı məşqçilər "Qarabağ"ın akademiyasında - FOTOLAR

20:40 - 17 Fevral 2026

Bu gün Qazaxıstanın Astana şəhərini təmsil edən SDYUŞOR-8-in direktoru Erkebulan Jomart 6 məşqçi ilə birlikdə "Qarabağ" Futbol Akademiyasında olublar.

Sportal.az xəbər verir ki, Erkebulan Jomart və onu müşayiət edən məşqçilər səfər çərçivəsində akademiyamızın infrastrukturu, təlim-məşq prosesi və gənc futbolçuların hazırlanması istiqamətində görülən işlərlə yaxından tanış olublar. Görüş zamanı akademiyanın fəaliyyəti, inkişaf modeli və gələcək perspektivləri barədə ətraflı məlumat təqdim olunub, həmçinin qarşılıqlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, nümayəndə heyəti Azərbaycan Əvəzedicilər Liqası çərçivəsində keçirilən "Qarabağ" – "Qəbələ" oyununda da iştirak edərək qarşılaşmanı izləyiblər.

Qazaxıstanlı həmkarlarımız fevralın 22-nədək klubun qonağı olacaqlar.


Xəbər xətti