UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçlarından həftənin futbolçusu adına namizədlər bəlli olub.
Sportal.az xəbər verir ki, "Qarabağ" - "Nyukasl" görüşündə poker edən İngiltərə klubunun futbolçusu Entoni Qordon da namizədlər arasındadır.
İngilis ən yaxşı olmaq uğrunda “Bodo-Qlimt”dən Kasper Hoq, “Bayer”dən Patrik Şik və PSJ-dən Dezire Due ilə mübarizə aparacaq.
UEFA-nın saytında keçirilən sorğu nəticəsində qalibin adı açıqlanacaq.
saytlarin hazirlanmasi
