“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma Lionel Messi ilə PSJ-də birlikdə çıxış etdiyi dövrü xatırlayıb.
Sportal.az xəbər verir ki, italiyalı qolkiperlə argentinalı ulduz 2021–2023-cü illərdə Paris klubunun formasını birlikdə geyiniblər. Donnarumma Messini böyük şəxsiyyət olduğunu deyib:
“Bu, möhtəşəm idi. Messi tarixdə ən yaxşı oyunçulardan biridir. Onun futbol keyfiyyətlərini bir kənara qoysaq, nə qədər gözəl insan olduğuna təəccüblənmişdim. Leo həqiqətən böyük şəxsiyyətdir, heyrətamiz insandır. Onunla birlikdə oynadığım günləri həyatımın ən gözəl anlarından biri kimi daim xatırlayacağam”
saytlarin hazirlanmasi
