"Liverpul" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Vulverhempton"u 3:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin kapitanı Vircil van Deyk Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb. Niderlandlı müdafiəçi Türkiyə klubunun stadionunda olan atmosferi dəyərləndirib. 34 yaşlı futbolçu arenadakı uğultuya toxunub:
"Artıq "Qalatasaray"la oyuna köklənəcəyik. Yenə qulaqlarımız test ediləcək. Amma orada oynamaq gözəldir. Çox çətin oyun olacaq. Ümid edirəm İstanbulda sərfəli nəticə əldə edə biləcəyik".
Qeyd edək ki, "Qalatasaray" - "Liverpul" qarşılaşması 10 mart tarixində keçiriləcək və Bakı vaxtı ilə 21:45-də start götürəcək.
saytlarin hazirlanmasi
