MLS-də 4-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Nəriman Axundzadənin transfer olduğu "Kolambus Kru" doğma meydanda "Neşvill"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman Axundzadə bu matçda iştirak etməyib. Azərbaycan milli komandasının üzvü ehtiyatda qalıb.
4 turdan sonra 2 xal toplayan "Kolambus Kru" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
