"Kerriki 100 faiz komandada saxlamaq lazımdır" - Runi

21:51 - 15 Mart 2026

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi Maykl Kerrikin komandanın baş məşqçisi vəzifəsinə daimi əsasda təyin olunmasını dəstəklədiyini bildirib.

Sportal.az xəbər verir ki, müvəqqəti baş məşqçi kimi işləyən Kerrik təyinatından sonra “Mançester Yunayted”lə keçirdiyi 9 oyunun 7-də qələbə qazanıb. Bu gün isə komanda "Aston Villa" üzərində Premyer Liqa matçında 3:1 hesabı ilə qalib gəlib.

“O, bu işi 100 faiz almalıdır. Mən bunu artıq demişəm. Bilirdim ki, Kerriklə hər şey yaxşı olacaq.

Mən onu çox yaxşı tanıyıram. Onun xarakterini və şəxsiyyətini bilirəm. Komandaya sakit bir insan lazım idi, həm də bu klubu tanıyan və oyunçuları anlayan biri. Futbolçuların dəstəyə və diqqətə ehtiyacı var idi və o da bunu onlara verdi. Gördük ki, oyunçular daha keyfiyyətli oynamağa başlayıblar, daha birlikdə hərəkət edirlər və indi komanda çox güclü görünür. Məncə, niyə nəyisə dəyişmək lazımdır?

Bu qədər oyundan sonra o, “Mançester Yunayted” tarixində məşqçilər arasında ən yüksək qələbə faizinə malikdir. Ona görə də mənim fikrimcə, bu vəzifə ona verilməlidir”, – deyə Runi bildirib.

Hazırda “Mançester Yunayted” 54 xalla İngiltərə çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti