"Mançester Siti" Rodri ilə müqaviləni uzatmaq istəyir.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, yayda klub yarımmüdafiəçinin nümayəndələri ilə danışıqlar aparacaq və onun komandada qalmaq istəyini öyrənəcək. Mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, “şəhərlilər” artıq bir müddətdir Rodrinin gələcəkdə İspaniyaya qayıdaraq karyerasını "Real"da başa vurmaq istədiyini bilir. Bu mövsüm Premyer Liqada Rodri 18 oyunda 1 qol vurub.
saytlarin hazirlanmasi
