"Heç birimiz vicdanla oynamadıq"

22:26 - 4 Aprel 2026

Dominik Szoboszlai "Liverpul"-un "Mançester Siti"yə 0:4 hesablı məğlubiyyətindən sonra fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Liverpul"un futbolçusu "TNT Sports"a açıqlamasında bunları qeyd edib:

“Bir şey edirsən, amma nəticə vermirsə, bunun mənası yoxdur. Şanslarımız var idi, amma istifadə edə bilmədik, penalti hədiyyə etdik. Bu qədər qol buraxmaq olmaz.

Bu stadionda qalib gəlmək çətindir. 0:1 olanda hələ ümid edirsən, amma fasiləyə son dəqiqədə ikinci qolu buraxırsansa, bu artıq sənin səhvindir. 0:2-dən sonra şanslar getdikcə azalır. Meydana çıxırsan ki, geri dönüş edəsən, amma üçüncü qolu buraxırsan, ondan sonra artıq geridönüş mümkün olmur.

Bizə döyüş ruhu və düzgün mentalitet çatmadı. Heç birimiz bacardığımız səviyyədə oynamadıq.

Çətin dövrdür, amma birlikdə qalmalıyıq. Çərşənbə günü yeni şansımız olacaq, amma mövsümü belə bitirmək istəmədiyimizi özümüzə başa salmalıyıq”.

Xəbər xətti