"Napoli" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İtaliya çempionunun əsas hədəfi "Zaltsburq"da çıxış edən Kərim Alaybeqoviçdir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Napoli" 18 yaşlı vingeri dünya çempionatı başlamadan əvvəl transfer etmək istəyir. A Seriyası nəhəngi 18 yaşlı futbolçu üçün 25-30 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Zaltsburq" Kərim Alaybeqoviçi mövsümün əvvəlində 2 milyon avroya "Bayer"dən transfer edib. Bosniya və Herseqovina millisinin üzvü Avstriya təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya klubu yayda 8 milyon avroluq geri satınalma bəndini işə salaraq oyunçunu yenidən heyətinə cəlb edəcək.
saytlarin hazirlanmasi
