İngiltərəli futbolçu Conco Şelvi gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu peşəkar karyerasını başa vurub. Bu barədə onun formasını geyindiyi "Arabian Falkons" klubu məlumat yayıb.
Təcrübəli yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirlikləri təmsilçisində futbolçu karyerasını başa vurduqdan sonra baş məşqçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Conco Şelvi "Çarlton", "Liverpul", "Blekpul", "Nyukasl", "Suonsi", "Nottingem Forest", "Rizespor", "Eyüpspor" və "Börnli"də çıxış edib. O, İngiltərə milli komandasının heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
