Sambunun yoxluğunda hücumçu kimi parlayan Varqas - Vernidubun istədiyi yar idi, yetirdi pərvərdigar

16:09 - 15 Aprel 2026

"Neftçi" gözqamaşdırıcı futbol sərgiləməyə başlayıb. Komandanın oyununa parlaqlıq verən simalardan biri, son vaxtlar hətta ən öndəgedəni Freddi Varqasdır. Səviyyəsi ilk gündən göz önündəydi. Amma heç vaxt bu qədər səmərəli olmamışdı gələndən bəri. 

Deyirlər, hər işdə bir xeyir var. Bassala Sambunun yoxluğunda zərurətdən mərkəz hücumçusu mövqeyində yer alan Varqas hamını yaxşı mənada təəccübləndirdi. Venesuelalı elə bir performans sərgiləyir ki, çətin Vernidub onu yerindən tərpətsin bundan sonra. 

Sürəti, texnikası və boş zonaya açılmaq bacarığıyla seçilən Varqas tipik mərkəz hücumçusu tərzində yox, yalançı doqquzluq kimi çətin vəziyyətə salır rəqibləri. Bəlkə bu qədərini heç Yuri Vernidub da gözləmirdi. 

"Neftçi"ni qarşıda ağır oyunlar gözləyir. Varqas yavaşımasa, rəqiblər üçün əməlli başağrı olacaq. 

Fikrət

Xəbər xətti