"Tottenhem"in futbolçusu Rişarlison Braziliya millisinin 2022-ci ildə Qətərdə dünya çempionatında mübarizəni dayandırmasından sonra depressiyaya düşdüyünü deyib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu xoşagəlməz hallarla rastlaşdığını bildirib:
"DÇ-2022-dən sonra depressiyaya düşdüm. Təsəvvür edə biləcəyim hər bədbəxtliyi yaşadım. Turnirdən kənarlaşdırılma, menecerimin xəyanəti, ailə problemləri, sağlamlıq problemləri... Bir il yarım ərzində demək olar ki, hər gün həyatın zərbələri ilə üzləşdim.
İlk dəfə idi ki, bu qədər problemlə qarşılaşmalı olurdum. Bu xaosun ortasında işlərimi və aktivlərimi qaydasına salmağa kömək edən dürüst bir vəkillə tanış oldum. Psixoloqla işlədim və ən əsası həyat yoldaşımla tanış oldum. Bir dəfə maşın sürərkən divara çırpılmağı düşünmüşdüm. Bu gün bu barədə düşünəndə bunun nə qədər mənasız olduğunu başa düşürəm".
Qeyd edək ki, Rişarlison bu mövsüm "Tottenhem"in heyətində meydana çıxdığı 38 rəsmi matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
