"Brayton"un yarımmüdafiəçisi Mett O’Rayli karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Atletiko" danimarkalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone O’Raylini komandasında görmək istəyir. "Atletiko" 25 yaşlı oyunçu üçün İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Brayton" Mett O’Raylini 2024-cü ilin yayında "Seltik"dən 30 milyon avroya transfer edib. Danimarka millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub. O, mövsümün ilk yarısını icarə əsasında "Marsel"də keçirib.
saytlarin hazirlanmasi
