Axundzadə oynadı, komandası uduzdu - VİDEO

10:18 - 14 May 2026

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu” MLS-də növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Axundzadənin komadası "Nyu York Red Bullz"la üz-üzə gəlib və 3:2 uduzub.

"Kolambus Kryu”da Arfsten və Rossi fərqlənib. Nəriman oyuna ehtiyatda başlayıb. O, 85-ci dəqiqədə meydana daxil olub.

Millimizin üzvünün komandası Şərq Konfransında 13 turdan sonra 12 xalla 13-cüdür.

Xəbər xətti