Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsümdə də La Liqa klubunda işini davam etdirəcək. Simeone bununla bağlı İspaniya mətbuatına açıqlamasında məlumat verib.
"Düzünü desəm, növbəti mövsüm haqqında düşünürəm. Davam edəcəyəm və yeni mövsümə necə hazırlaşmaq barədə planlar qururam".
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən bəri fasiləsiz olaraq "Atletiko"ya rəhbərlik edir. 56 yaşlı çalışdırıcı bu müddət ərzində klubu İspaniya futbolunun liderlərindən birinə və avrokubokların daimi iştirakçısına çevirib.
saytlarin hazirlanmasi
