“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviç və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək fikrindən daşınıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi serb forvardı transfer etməyə yaxın olsa da, başqa hücumçulara diqqət yetirməyi lazım bilib.
“Barselona” Silvanı da heyətinə qatmaq istəməyib.
Qeyd edək ki, Vlahoviçin “Yuventus”la, Bernardonun isə “Mançester Siti” ilə müqavilə müddəti bu mövsümün sonunda bitəcək.
saytlarin hazirlanmasi
