İspaniya millisinin sabiq futbolçusu Pedro 2025/2026 mövsümünün sonunda "Latsio"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə İtaluya mətbuatı yazıb.
“Pisa” ilə oyun ispaniyalı futbolçunun “Latsio”da son oyunu olacaq. Bu mövsüm Pedro 28 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.
O, həmçinin İtaliya Kubokunda dörd oyun keçirib. Pedro “Barselona”, “Çelsi”, “Roma” klublarında da çıxış edib.
saytlarin hazirlanmasi
