“Zirə”nin yollarını ayırdığı Leroy Mikels karyerasını Azərbaycanda davam etdirmək istəyir. Buna səbəb isə onun qardaşlarının da ölkəmizdə oynamağa üstünlük verməsidir.
Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçuya Premyer Liqa klublarımızdan böyük maraq var. Ötən mövsümü “Zirə”də keçirmiş ruandalı maliyyə məsələlərində onu razı salan klub olarsa, razılığa gedəcək.
Qeyd edək ki, Coy Lens Mikelsə təkliflər olsa da, o, “Sabah”da qalmağa üstünlük vermişdi. Onların digər qardaşı Coy-Slayd Mikelsin də yeni mövsümə Premyer Liqamızda başlamaq istədiyi iddia olunur.
saytlarin hazirlanmasi
