İtaliya millisi 114 il sonra

23:42 - 3 İyun 2026

İtaliya milli komandası 114 il sonra ən gənc start heyəti ilə meydana çıxıb.

Sportal.az xəbər verir ki, bu gün Silvio Baldininin rəhbərlik etdiyi İtaliya millisi Lüksemburq ilə yoldaşlıq oyunu keçirib və 1:0 hesablı qələbə qazanıb.

İtaliya yığmasının start heyətində meydana çıxan futbolçuların orta yaşı 21 il 354 gün olacaq. Bu, 22 dekabr 1912-ci ildən bəri İtaliya millisinin ən gənc start heyətidir. Həmin vaxt Avstriyaya qarşı oyunda meydana çıxan futbolçuların orta yaşı 21 il 308 gün idi.

Xəbər xətti