Dünya çempionatından sonra "Qalatasaray"ı tərk edə bilər

14:47 - 7 İyun 2026

Seneqal millisinin üzvü İsmail Yakobs “Qalatasaray”dan ayrılacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi DÇ-2026-dan sonra İstanbul təmsilçisini tərk etməli olacaq.

Afrikalı futbolçuya “Yuventus”dan təklif gəlib. Onlar “Qalatasaray”ın tələb etdiyi məbləği ödəməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar gedir. Məsələ orasındadır ki, Yakobs özü Türkiyə çempionunun heyətində qalmaq niyyətindədir. İsmailin “Qalatasaray”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Köln”, “Monako”də oynadıqdan sonra 2024-cü ildə “Qalatasaray”a keçib.
 

Xəbər xətti